Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
- Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
- Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
- Minimum yaş həddi - 30 yaş
Üstünlüklər:
- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
- Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
- Özünüinkişaf və karyerada yüksəliş imkanı;
- Yüksək əməkhaqqı.
İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafik.
Son müraciət tarixi: 10.12.2021
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər.